Müsahibə

Hadı Rəcəbli:"Yalan yazanları da,təhrif edənləri də Allah cəzalandırsın"

7 Noyabr, 2016
1566
Qarabağ döyüşçülərinə sosial imtiyazların ləğvi təklifiylə gündəmə gələn deputat Hadı Rəcəbli onun adından yazılanları "yalan” adlandırır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri AzadlıqRadiosu-nun suallarını dinləmədən dediklərinin təhrif olunduğunu söyləyib. Hətta bundan sonra müsahibə verməyəcəyini bildirib.

– Hadı müəllim, salam, AzadlıqRadiosu-ndanıq...

– AzadlıqRadiosu-na eşq olsun! Sağ olun. Yalanlara izahat vermirəm. Hamısı yalandır.

Buna da bax:​ Hadı Rəcəbli: ‘Müavinətlərin artırılması təklifi populizmdir’

– Amma sualımızı verək, sonra. Sizi Azərbaycan ordusuna qarşı...

– Yalandır, yalandır, yalandır. Telefonu götürürəm, cavab verirəm? Görürsünüz? Amma mətbuat yalançılıqla məşğuldur. Ona görə mən bundan sonra müsahibə verməyəcəm. Niyə məni müdafiə etmirsiz? Alçaq adamlar fikirlərimi təhrif ediblər. Ona görə də danışmıram. Bircə kəlmə deyirəm, yalandır!

– Hadı müəllim, sizi Azərbaycan ordusuna qarşı sabotajda günahlandırırlar. Buna cavab verməyəcəksiz? Hesab edirlər ki, son müsahibədə Qarabağ döyüşçülərinə nəqliyyatın və dərmanın pulsuz verilməməsi haqda fikriləriniz orduda pozuculuq yarada bilər.

– Qələt edirlər. Onlar bilmirlər ki, mən dövlətin adamıyam, belə şey ola bilməz.

– Yenə öz fikrinizdə qalırsız ki, Qarabağ döyüşçülərinə nəqliyyat və dərman pulsuz olmamalıdır?

– Yalandır, hamısı yalandır... Elə şey yoxdur. Yalan yazanları da, təhrif edənləri də Allah cəzalandırsın. Sağ olun...


XATIRLATMA

Milli Məclisin komitə sədri Hadı Rəcəbli ötən həftə Qarabağ döyüşçülərinin nəqliyyatdan və dərmanlardan pulsuz istifadəsinə etiraz edib. O buna etiraz edənləri populizmdə günahlandırıb.

"Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri olmayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu populizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?!

Görün necə də ziddiyyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu”, – deputat belə deyib.

Deputat bir qədər öncə həmkarlarının daha bir təklifini də "populizm” adlandırmışdı. Millət vəkilləri Aydın Mirzəzadə və Əflatun Amaşov həyatlarını Qarabağ döyüşlərində itirən şəxslərin ailələrinə veriləcək müavinətlərin bir neçə dəfə qaldırılması haqda təkliflə çıxış etmişdilər. Hadı Rəcəbli isə ölkənin indiki vəziyyətində bunu real saymamışdı. Onun bu yanaşması da həm həmkarları, həm də ictimaiyyət tərəfindən qınaqla qarşılanmışdı.

DEPUTAT: "PULSUZ OLMAMALIDIR!”

AzadlıqRadiosu parlamentin Əmək və sosial siyasət komitəsinin digər üzvlərinin bu haqda fikirlərini öyrənmək istəyib. Deputat Aytən Mustafayeva iclasda olduğunu bildirib və danışmayıb.

Komitənin başqa üzvü Araz Əlizadə Hadı Rəcəblinin fikirlərinin kontekstdən çıxarıldığı qənaətindədir. Qaldı sədrin dediklərinə: "Nəqliyyat da, dərmanlar da pulsuz olmamalıdır. Amma bilinməlidir ki, kimə, hansı dərmanlar yazılıb və həmin dərmanların pulu ödənməlidir. İndi belədir ki, bundan sui-istifadələr var. Belədə biləcəklər, misal üçün, Həsənə nə dərman yazılıb. Bəzən olur ki, həmin əlil ailəsinin, veteranın adına dərman alınır”.


Bununla belə, deputat hesab edir ki, ikinci dünya savaşında döyüşmüş şəxslər, Qarabağ döyüşçüləri bütün imtiyazlara sahib olmalıdırlar: "Heç bir imtiyaz kəsilməməlidir. Mənzil, dərman, istirahət, hətta övladlarının pulsuz təhsil haqqı olmalıdır”.

Araz Əlizadə döyüşdə həlak olanların yaxınlarına verilən müavinətlərin məbləğinin də az olduğunu düşünür və artırılmasını vacib sayır. O ki qaldı, Hadı Rəcəblinin söylədiklərinə, deputat şərh vermir, sadəcə, bu haqda sualları onun özünə verməyi xahiş edir.

azadlıq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo