09:54, 24 İyul 2020 (Cümə) 98

Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq

Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirilib.

Qeyd olunub ki, bu gün isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.