Sosial

Hərbi məktəblərə sənəd qəbulunun tarixləri açıqlanıb

22 May, 2020
516
Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan əvvəl sənəd qəbulu aparır və tibbi komissiyalar keçirir. Sənəd qəbulu və komissiyalar Bakıda - akademiyaların özündə aparılır.

2020-2021-ci tədris ili üçün elan edilən sənəd qəbulu tarixləri koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejiminə, yəni mart-aprel aylarına təsadüf edib. Yəni bölgələrdən Bakıya gəlmək mümkün olmadığı üçün qeydiyyatdan keçə bilməyən abituriyentlər olub.

"Report” bölgələrdə yaşayan və qeydiyyatdan keçə bilməyən abituriyentlər üçün akademiyalara sənəd qəbulunun necə aparılması ilə maraqlanıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, abituriyentlərə bir həftə bundan öncə müraciət edildiyi qeyd edilib.

Bildirilib ki, mayın 12-dən Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlanılıb. Qəbulun ilk mərhələsində abituriyentlər mayın 12-dən iyunun 5-dək DİM-in saytında (www.dim.gov.az) qeydiyyatdan keçərək elektron ərizələrini təsdiq etdirməlidirlər. Elektron ərizəni təsdiq etdirmiş vətəndaşlardan ad, soyad və ata adını, ərizənin tarixi və nömrəsini, faktiki yaşadıqları ünvanı və daimi əlaqə saxlanılması mümkün olan 2 telefon nömrəsini müvafiq olaraq aahm@mod.gov.az və herbi-tibb@mod.gov.az elektron ünvanlarına göndərmələri xahiş olunur. Qəbulla bağlı əlavə məlumat Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.

Azərbaycan Dövlət Dəniz Akademiyasından (ADDA) "Report"a bildirilib ki, Akademiyaya qəbul olmaq istəyən abituriyentlərin sənəd qəbulu 2020-ci ilin 12 may 5 iyun tarixi aralığında DİM-in rəsmi saytı üzərindən (www.dim.gov.az) elektron qaydada aparılacaq.

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədi ilə insanların kütləvi halda toplaşmasının mümkün qədər azaldılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə edilib. Bunu nəzərə alaraq Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarına qəbul xüsusi tibbi yoxlama aparılmadan keçiriləcəkdir. Tələbə adını qazanmış abituriyentlər yaşadıqları ərazi üzrə poliklinika tərəfindən verilmiş sağlamlıq haqqında arayışı ADDA-ya təqdim etməlidirlər.

Dövlət Sərhəd Xidmətindən (DSX) "Report"a verilən məlumata görə, DSX-nin akademiyasına sənəd qəbulu mart ayının 15-dək DSX Akademiyasında (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və yaxınlıqda yerləşən hərbi hissələrdə (bölgələrdə yaşayan vətəndaşlar üçün) qeydiyyat aparılıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a deyilib ki, FHN-in Akademiyasına sənəd qəbulu daha əvvəl - aprel ayında aparılması ilə bağlı məlumat verilsə də, pandemiya ilə əlaqədar tarixlər dəyişdirilib. 

Belə ki, sənəd qəbulu iyun ayının 1-dən 26-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə FHN-in Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir. 

Abituriyentlər aşağıda qeyd edilən telefon, "WhatsApp” və ya elektron ünvandan birinə adı, soyadı, ata adını, təvəllüdü və telefon nömrəsini göndərməklə növbə gözləyərək şəxsən gələcəyi gün və saat barədə məlumat əldə edə bilərlər.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

WhatsApp: (050) 226 77 41

Email: sqk@fhn.gov.az

Həmçinin daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından əldə etmək olar.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo