14:38, 27 Yanvar 2020 (Bazar ertəsi) 178

Hökumətə qarşı çıxan baş keşiş vəfat edib

Hökumətə qarşı çıxan baş keşiş vəfat edib


/ DÜNYA
Rusiyada əvvəllər hökuməti dəstəkləmiş, sonradan tənqidi sosial və siyasi şərhləri ilə gündəmə gəlmiş vəzifəli ruhani dünyasını dəyişib.

AzadlıqRadiosu xəbər verir ki, baş keşiş Vsevolod Çaplin yanvarın 26-da 51 yaşında, Moskvada Müqəddəs Feodor Studit kilsəsi yaxınlığında skamyada oturmuş vəziyyətdə dünyasını dəyişib. Bildirilir ki, məlumatı Moskva Patriarxlığı kilsəsi yayıb.

Çaplin bir neçə il Rusiya Prezidenti Vladimir Putin və onun administrasiyasının siyasətini dəstəkləyib. Ancaq o, son vaxtlar ölkə rəhbərliyinin ünvanına tənqidlər səsləndirib. Özəlliklə ötən il pensiya islahatına qarşı çıxıb, martda isə hökumətin sosial-iqtisadi siyasətinə qarşı yürüşə qatılıb.

"Bizi qayığı yırğalamaqda ittiham edirlər, ancaq qayıq heç üzmür”, – Çaplin onda deyirdi.

O həmçinin Rusiyada "sinik və korrupsioner” elitanı əvəzləməyə, Pravoslav Kilsəsinin ölkədə qərarvermə gücünə yiyələnməyə çağırırdı.

Onun fikrincə, "qadınlar ədəbsiz görünüşləri və rəftarları ilə kişiləri onları zorlamağa təhrik edə bilərlər”.

Çaplin vaxtilə Rusiyanın Suriyada hərbi əməliyyatını "müqəddəs müharibə”nin tərkib hissəsi adlandırıb, Rusiyanın başqa ölkələrdəki düşmənlərini öldürmək gərəkdiyini deyib.

O, patriarxlığın artan nüfuzuna görə kilsəni tənqid edirdi.

Çaplin 1968-ci il martın 31-də Moskvada anadan olub. Atası Anatoli Çaplin sovet alimi idi.

O, 1990-cı ildə Moskva Teoloji Seminariyasını, 1994-cü ildə isə Moskva Teoloji Akademiyasını bitirib.

Çaplin 1999-cu ildə baş keşiş titulunu alıb.