Siyasət

Hüquq müdafiəçisi cəbhəçinin həbsdən buraxılmasına qarşı çıxıb

11 Avqust, 2020
830
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışlının 3 illik cəza müddətinin başa çatmasına 9 ay qalıb. O, vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Avqustun 11-də Qaradağ rayon Məhkəməsində hakim Teymur Qurbanov onun bu ərizəsinə baxıb. O.Baxışlı məhkəməyə saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsindən onlayn qaydada qatılıb.

"Əsassız həbs olunduğunu iddia edir”

Məhkəmədə öncə cəzaçəkmə müəssisəsinin rəhbərliyinin cəbhəçi gənc haqqında tərtib etdiyi mülahizə elan edilib. Rəhbərlik onun vaxtından əvvəl buraxılmasını məqsədəuyğun hesab etmir.

"Barəsində çıxarılmış hökm və qərarlardan narazıdır, törətdiyi cinayət əməlini etiraf etmir. Əsassız həbs olunduğunu iddia edir...

Xasiyyətcə tərs və təkəbbürlüdür. Məhkum yoldaşları və müəssisə əməkdaşlarına qarşı qeyri-səmimidir...”, - 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Namiq Qocayev, onun müavini Natiq Hacıyev və dəstə rəisi Vüsal Zeynalovun imzaladığı mülahizədə yazılıb.

Müəssisə rəhbərliyi mülahizədə Altkomissiyanın da O.Baxışlı haqqında mənfi rəy verdiyini əsas gətirib.

O.Baxışlı haqqında məhkəməyə mənfi rəy verilməsinə imza atan Altkomissiya üzvləri arasında Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı da var.

"Bizə sənədlər təqdim olunur, həmin sənədlər əsasında rəy veririk. Orxan Baxışlı məsələsinə gəlincə, bu məsələni araşdırandan sonra nəsə deyə bilərəm. Mən bilmirəm nə sənəddi o. Orxan Baxışlı işinə baxdığım minlərlə insandan biridir. Mən heç nə deyə bilmərəm...”, – S.Bənənyarlı AzadlıqRadiosu-na bildirib.


AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı 2018-ci il mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. O, CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsiylə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib.

Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı.

Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, Elmar Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hakimiyyətin günahlandırılmasını əsassız sayırlar.

E.Hüseynov 2005-ci ildə qətlə yetirilib. Qatil və ya qatillər hələ də tapılmayıblar.
 
azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo