Sosial

Hüquqşünas olmaq istəyən dərzinin hekayəsi - Mənim hekayəm

29 İyun, 2020
1338
"Əcəmi” metrostansiyası yaxınlığındakı binaların arxasında bir dərzixana fəaliyyət göstərir. Metro yaxınlığında xeyli sayda paltar mağazaları olduğuna görə, görünür burada dərzilərə həmişə ehtiyac var.

İki otaqdan ibarət olan kiçik atelyedə 3 qadın dərzilik edir. Hər birinin ayrı-ayrı iş masası, maşını və digər alətləri var. 
 

 
Burada ucuz qiymətə satılan geyimlər də var. Məsələn, divardan asılmış müxtəlif rəng və zövqdə olan qadın köynəklərinin qiyməti 5 manat dəyərindədir. 

Dediklərinə görə, dərziliklə yanaşı geyim satmalarının səbəbi qazanclarını bir az da artırmaqdır. Buna baxmayaraq, müştəriləri heç də həmişə çox olmur. Bu paltarları da ucuz qiymətə alıb satışa çıxarırlar. 

Dediklərinə görə, adətən, şəhərə bələd olmayan, aşağı qiymətə geyim axtaran təsadüfi adamlardır müştəriləri. Yaxud da özlərinin tanışı olan qonşuluqdakı qadınlar bəzən nisyə, bəzən də nağd qiymətə bu geyimləri alırlar. 

Onlarla söhbət zamanı məlum oldu ki, ümumi qazancların bir hissəsi icarə haqqını ödəməyə, bir hissəsi isə öz ehtiyaclarına ancaq çatır.

Atelye səhər saat 10-da açılır, iş çox olduqda isə gecə saat 12:00-a qədər işləyirlər. 

Qadınların dediyinə görə, iş o qədər çox olur ki, özlərinə vaxt ayıra bilmirlər. Düşündükləri ev işləri, uşaqları və gündəlik qayğılardır.

"Gecə buranı bağlayanda düşünürəm, uşaqların hazırlığı var, yemək bişirmək, evin səliqəsi, paltar yumaq... Bir də görürəm, evə artıq çatdım”, - deyə qadınlardan biri danışır. 

Bu qadınlardan bir az aralıda, digər otaqda nisbətən daha cavan başqa bir dərzi qadın da fəaliyyət göstərir. Onun işlədiyi otaq daha kiçikdir.

Sakit görünüşü, işinə diqqəti fikrimizi onun üzərinə yönəldir.

Yaxınlaşırıq. Öyrənirik ki, Münəvvər Seyidova düz 12 ildir dərzilik edir.

Kiçik otaqda çalışmasının səbəbi də elə xərci ilə bağlıdır. ”Otaq balaca olduqda icarəhaqqı da az çıxır. Tək adamam, bura sığa bilirəm”, - deyə gülümsünür.
 

 

Dediyinə görə, bir müddət əvvələ qədər dərzilik onun maraq dairəsi olmayıb: "Orta məktəbi əla qiymətlərlə bitirdim, arzum hüquqşünas olmaq idi. Ancaq müsabiqədən keçmədim, arzum ürəyimdə qaldı”, - test imtahanından əvvəlki dövrləri belə xatırlayır. 

Onun sözlərinə görə, imtahanlardan kəsilən zaman ondan pul istəyiblər. Münəvvər xanım pulu verməkdən imtina etdiyini desə də, indi bu addımdan peşman olduğunu da gizlətmir: "O vaxt ağlım olmadı, kaş indiki ağlım onda da olsaydı. Həm də gərək, adamın adamı olsun. Mən hüquqdan kəsiləndə, başqa bir rəfiqəm neft sahəsi üzrə qəbul oldu.  Şərait vardı ki, mən də sənədlərimi ora verim. O vaxt qardaşlarım dedi ki, o sahə kişi sahəsidir, sənin orda işin yoxdur. İndi o rəfiqəm neft şirkətlərinin birində işləyir, pula pul demir. Mənsə başım daşdan daşa dəyəndən sonra düşündüm ki, gərək qardaşlarıma qulaq asmazdım”, - gülümsünərək əlavə edir.
 

Dediyinə görə, ailə həyatı qurmayıb, əvvəl valideynləri ilə yaşayıb, onları itirdikdən sonra isə tək yaşayır. Qardaşlarından birini dənizdə baş verən qəzada itirib, digər qardaşı isə Qarabağ müharibəsi zamanı itkin düşüb. İtkin düşən qardaşı haqqında bir sıra qurumlara yazsa da, bunun nəticəsi olmayıb.

İşini görə-görə danışır: "Bilirsən, mən heç zaman ümidimi itirməmişəm. Ali təhsilli olmaq bir istək kimi həmişə ürəyimdə qalacaq. Amma dərzilik işinə girdikdən sonra pul qazanmağa, bu peşəyə uyğunlaşmağa başladım. 12 ildə nə qədər insanın işini görmüşəm, hətta özümə xeyli dost, yoldaş qazanmışam”. 

 Dediyinə görə, işi paltarları yamamaq, uzunu qısa, genişi dar etmək olur adətən: "Yanıma, mühafizəçilər, müəllimlər, həkimlər, polislər, daha nə qədər adam formasını düzəltdirmək üçün gətirir.

Dərziliyi öz həvəsimlə, başqalarının əlinə baxaraq öyrənmişəm. Hərdən kimsə parça gətirəndə ki,  ondan paltar tikim, düzü bir az ehtiyat edirəm. İnsanlarla yola getmək, onları razı salmaq elə də asan olmur. Hərdən problem olmayacağını düşünəndə belə problem yaranır”.

Hazırda karantin rejimi olduğundan onun da işləri dayanıb. Dediyinə görə, günəmuzd işlədiyinə görə karantin günlərində kifayət qədər pul qazana bilmir. Həmçinin karantin müddətində 190 manatlıq müavinət onlara şamil olunmayıb. Qeydiyyatda olduğu Ağsu rayonundan ona bildiriblər ki, hazırda şəhərdə yaşadığına görə ona yardım edilmir, şəhərdə isə rayon qeydiyyatında olduğuna görə yardım almayıb. Yalnız Qızıl Aypara Cəmiyyətinə müraciət etdikdən sonra ona da 50 manatlıq yardım edilib.
 

 
"Dərzilik elə qadın peşəsidir. Oturduğum yerdə pulumu qazanıram. Düzdür, gözümün nuru gedir, yoruluram, amma kimdənsə asılı deyiləm, kiminsə yanında başıaşağı deyiləm. Yaxşı dərzidən daha çox yaxşı hüquqşünas olacağıma inanmışam həmişə. Amma neynək insan dünyaya bir dəfə gəlir, bu da mənim qismətimdir”,- yenidən işi ilə bağlı danışmağa başlayır.

Atelyeden ayrılanda yaddaşımda ilişib qalan bu olur: qadınların simaları fərqli olsa da, əlləri bir-birinə bənzəyirdi...

Roza Məmmədova
 

  
 


 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo