Siyasət

İcra başçısının varidatının siyahısı yayılıb

20 May, 2020
629
Elxan Usubovla bağlı yayılan məlumatdan xəbərimiz var. Bu, böhtandır və şər xarakterli informasiyadır. Yazılanların heç biri həqiqətə uyğun deyil.

Bu sözləri Axar.az-a Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi bildirib. 

Elxan Usubovun varidatı ilə bağlı Almaniyada yaşayan jurnalist Həbib Müntəzirin yaydığı siyahıdan danışan başçı köməkçisinin sözlərinə görə, bu, başçının nüfuzuna xələl gətirmək üçün müvafiq şəxslər tərəfindən aparılan qara kampaniyadır:

"Bunu bu cür qiymətləndirmək lazımdır. Məsələyə azad informasiya nöqteyi-nəzərdən baxılanda, deyə bilərik ki, bu cür məlumatların istər kütləvi informasiya vasitələrində, istər sosial şəbəkələrdə getməsi, işıqlandırılması normaldır. Çünki medianın, mətbuatın işi budur. Bunu ümumiyyətlə saxlamaq, qarısını almaq mümkün deyil. Hər bir məmur, icra başçısı haqqında dəfələrlə bu cür, reallığı əks etdirməyən məlumatlar yayılıb və əksəriyyəti də təsdiqini tapmayıb”.

Başçı köməkçisi deyib ki, E.Usubovun də mövqeyi bu cürdür: "Bu gün kiməsə böhtan, şər atmaq çox ucuz olub. Bu cür məlumatlar ancaq dövlətinə xidmət etmiş şəxslərin nüfuzunə xələl gətirmək məqsədi güdür”.

Xatırladaq ki, jurnalist Həbib Müntəzir Şəkinin icra başçısı Elxan Usubovun varidatının siyahısını paylaşıb. Jurnalist 14 ildir icra başçısı olan Elxan Usubovun Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələrinin olduğunu da bildirib:

1. Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil

2. Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil

3. Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil

4. Şəkidə 5 ədəd dəbdəbəli malikanə

5. Şəkidəki süd zavodu

6. Şəkidəki "Sünbül” çörəkbişirmə sexi

7. Şəkidə M.F.Axundov prospektində yerləşən "Şəki” oteli

8. Şəkinin Kiş kəndindəki "Narınqala” oteli

9. Şəkinin Kiş kəndində "Şam bağı” oteli

10. Kiş kəndində "Cənnət bağı” oteli

11. "Dağüstü park” deyilən yerdəki "Panorama” oteli

12. Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri

13. Ağstafada bir malikanə

14. Gürcüstanda böyük fındıq zavodu

15. ”CHEMİCO CO LTD” MMC şirkəti

16. ”A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı)...

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo