Siyasət

İcra Hakimiyyətinin başçısı və biznes

25 May, 2020
627
Eldar Əzizovun ailəsinə məxsus ilk şirkəti hələ o, Nizami rayon İcra Hakimiyyətinin başçı olarkən yaradılmışdı. Xanımı Nərgiz Xeyrulla qızı Əzizovanın iştirakı ilə qurulan "S.T. İsmayılova və N.X. Əzizovanın tam ortaqlı "XƏZƏR” firması” (VÖEN 1700646601) 2002-ci ildə təsis olunub.

Sonrakı illərdə (2006-2010-cu illər) "Zebra-İD” MMC, "Günəş-2” MMC, "Olimp-5” MMC, "Green Tour” MMC, "Greenfin Food And Baverage” MMC və "Green Trade” MMC təsis olunub.

  Bu şirkətlərdə Eldar Əzizovun oğlunun ortaqları "İtalDizayn” QSC ("Zebra-İD” MMC), Orxan Aydın oğlu Əliyev ("Green Tour” MMC, "Greenfin Food And Baverage” MMC və "Green Trade” MMC) və Ehtiram Mehdi oğlu Qasımovdur. Dörd şirkətin ("Günəş-2” MMC,"Zebra-İD” MMC, "Green Tour” MMC və "Greenfin Food And Baverage” MMC) direktoru Şamil Əzizovdur.

"Green Tour” şirkəti 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyindən turizm fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) alıb. Adı çəkilən digər şirkətlərin biznes fəaliyyəti isə açıq mənbələrdə məlumat yoxdur.

"Xəzər” firması ilə "Olimp-5” MMC-nin hüquqi ünvanı Eldar Əzizovun qeydiyyatda olduğu ünvanla (Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, ev 19) uyğun gəlir. Dövlət reyestr məlumatlarına görə, "Olimp-5” şirkətinin direktoru Coşğun Adil oğlu Cəbrayılovdur. Eldar Əzizov 2018-ci ildə Bakı şəhər İcra Hakimiyyətinə başçı təyinatı alandan sonra C. Cəbrayılovu özünə köməkçisi vəzifəsinə gətirib. Bundan öncə onlar Səbail rayon İH-da işləyirdilər. Biri başçı, digəri isə  Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri idi.

Şamil Əzizovun 25 yaşında ikən (2009-cu il) həmtəsisçisi olduğu "Günəş-2” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda (Mirəli Seyidov küçəsi, ev 5-dəki mənzillərdən biri) "Azəri Saplay Kompani Ltd” MMC də var. Dövlət satınalmaları reyestrində bu şirkətin "AzTV”-yə 230 985 manat dəyərində videokamera akkumulyatorlarının, Heydər Əliyev Mərkəzinə isə 14 885 manatlıq "gül dəstlərinin səbətlərin komposiziyalarının” və "kreativ şam ağaclarının” satıldığı qeyd olunub.

Bizneslə yanaşı Ş. Əzizov elmi fəaliyyətlə də maşğuldur. O, UNEC-in məzunudur. 2018-ci ildə burada "İdxal-ixrac əmələliyyatlarına valyuta nəzarətinin təkmilləşdirilməsi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2019-cu ildə isə büdcə hesabına "Dünya iqtisadiyyatı” ixtisası üzrə UNEC-in doktoranturasına qəbul olunub.

İş adamı Şamil Əzizov Koronavirusa Qarşı Mübarizə Fonduna 3000 manat köçürüb.

Onun həyat yoldaşı Banuçiçək Əzizova Səbail rayonunda yerləşən 157 nömrəli uşaq bağçasının müdiridir.
 
turan.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo