17:12, 04 Avqust 2020 (Çərşənbə axşamı) 578

İcra Hakimiyyətinin idarəsi məhkəməyə verilib

İcra Hakimiyyətinin idarəsi məhkəməyə verilib
İnzibati xətaya görə, vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər 15 000 manat miqdarında cərimə edilir.

Ekologiya və Təbii Sərbətlər Nazirliyi (ETSN) Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsini cərimələyib.

Səbəb yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasıdır.

"Report"un məlumatına görə, nazirliyin tərtib etdiyi protokola Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənov baxacaq.

Qeyd olunur ki, inzibati xətaya görə, vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər 15 000 manat miqdarında cərimə edilir.