Siyasət

İctimai və siyasi xadimlər Qarabağ məsələsini müzakirə ediblər

8 Avqust, 2019
392
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası üzrə növbəti addımı Azərbaycanda mənfi reaksiya doğurub ki, bu da həm rəsmi, həm də ictimai səviyyədə özünü göstərib.

Paşinyan avqustun 5-də Qarabağda bildirib ki, Ermənistanın son məqsədi Qarabağla birləşməkdir. Bununla o, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini və Azərbaycanla kompromisin mümkünlüyünü şübhə altına alıb.

Avqustun 8-də Bakıda bir sıra ictimai və siyasi xadimlər arasında müzakirə predmetinə çevrilib. Görüşdə Qubad İbadoğlu, Əli Kərimli, İlham İsmayıl, Gültəkin Hacıyeva, Əhməd Əlili, Mehman Əliyev iştirak ediblər.

Bu barədə Turan İA xəbər verib.

Fikir mübadiləsi zamanı danışıqlar prosesinin vəziyyəti, əlaqədar tərəflərin (münaqişə iştirakçıları və vasitəçilər) yanaşmaları və maraqları, Ermənistanda vəziyyət, Paşinyanı danışıqları pozmağa sövq edən səbəblər, rəsmi Bakının mövqeyi, ictimaiyyətin reaksiyası, regional təhlükəsizliyin aspektləri və Azərbaycanın müxtəlif güc mərkəzləri ilə münasibəti nəzərdən keçirilib.

Görüş iştirakçıları münaqişənin nizamlanması ətrafında siyasi fonu yaxşılaşdıra biləcək bəzi məsələlərə dair ümumi fikir ifadə ediblər. Məsələn, Aİ ilə münasibətlərin intensivləşdirilməsi, avtoritar idarəetmə sistemindən imtina, vətəndaş cəmiyyətinin nizamlanma yollarının axtarışı prosesinə cəlb edilməsi.

İştirakçılardan heç kim bu tezisə etiraz etməyib ki, Qarabağ münaqişəsinin həllindəki uğur Azərbaycanda demokratiyanın qurulmasından keçir ki, bu da bütün cəmiyyətin prosesə qoşulmasını nəzərdə tutur.

Görüş iştirakçıları daha geniş ekspert birliyinin iştirakı ilə münaqişənin nizamlanması istiqamətində tədbirlər paketinin hazırlanmasının vacibliyi barədə razılığa gəliblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo