20:39, 24 İyun 2020 (Çərşənbə) 336

İki hakim töhmət alıb

İki hakim töhmət alıb
Daha 5 hakim və 2 məhkəmə sədri ilə bağlı intizam icraatı başlayıb

İyunun 23-də Məhkəmə-Hüquq Şurası iki hakimə töhmət verib. 

5 hakimin, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

Şuranın rəsmi saytında bu barədə məlumat verilib.

Bildirilib ki, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda

xüsusi karantin rejimini, hakimlərin etik davranış qaydalarının tələblərini pozan Saatlı Rayon Məhkəməsinin sədri

İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib.///Meydan.Tv