15:20, 26 Oktyabr 2020 (Bazar ertəsi) 115

İlham Əliyev: “Hər dəfə bu suala cavab verməkdən yorulmuşam”

İlham Əliyev: “Hər dəfə bu suala cavab verməkdən yorulmuşam”
"Türkiyə öz "F-16”-larını Azərbaycana mənəvi dəstək üçün burada saxlayıb”. 

Prezident İlham Əliyev xalqa müraciətində belə deyib. 

Ermənistan hərbi birləşmələrinin ələ keçirilən döyüş texnikaları barədə məlumat verən İ.Əliyev Ermənistanın bu qədər vəsaitə sahib olmadığını qeyd edib: "Borc içində üzən bir dövlət bu silahları hardan alır?”

O, Ermənistanın xarici dövlət borcunun 8 milyard dollara yaxın, valyuta rezervlərinin isə 1.5 milyard dollar olduğunu bildirib:
"Bank rezevlərindən istifadə edə bilməzlər. Etsələr, dırnaqarası valyutları kəlləmayallaq gedəcək” 
Prezident silah almaq üçün pulu hardan aldığı barədə Erçənistana heç bir sual ünvanlanmadığına diqqət çəkib, "Türkiyənin "F-16”-ları sizdə nə gəzir?” sualından yorulduğunu deyib. 

O, Türkiyənin öz təyyarələrini Azərbaycana mənəvi dəstək üçün burada saxladığını vurğulayıb: "Əgər bizə qarşı kənardan aqressiya olsa, o "F-26”ları görəcəklər”. 

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.