23:44, 25 Oktyabr 2020 (Bazar) 111

İlham Əliyev: "İkinci Qarabağ savaşı bitəndən sonra bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir"

İlham Əliyev:
"Əgər Ermənistana sosial, hərbi və siyasi yardımlar olmasaydı, bir çoxdan torpaqlarımızı işğaldan azad etmişdik, həm də sülh yolu ilə".

Bu sözləri 25 oktyabrda İlham Əliyev Müdafiə Nazirliyi ilə keçirilən operativ müşavirədə deyib.

O həmçinin qeyd edib ki, döyüşlər orduda müəyyən qüsurlar və çatışmazlıqlar olduğunu ortaya çıxarıb, lakin bunlar operativ şəkildə aradan qaldırılacaq:
"İkinci Qarabağ savaşı bitəndən sonra bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir".

"Baxmayaraq ki, Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır, amma bundan sonra biz ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik" - prezident çıxışının davamında belə deyib.

O bildirib ki, döyüşlər ölkə üçün böyük təcrübədir və bu təcrübə ordu arsenalında olan bəzi silahlar kifayət qədər lazımlı olmadığını göstərib.

"Növbəti günlərdə bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək, bəzi hallarda yubanmalar var və bu yubanmalara heç bir əsas gətirilə bilmir" İ. Əliyev bu halların təhlil ediləcəyini də bildirib. 

O qeyd edib ki, 90-cı illərdə bir neçə itirilən torpaqlar bir aydan daha az müddət ərzində geri qaytarılıb və bu ordunun uğurudur:

"Hər gün növbəti günün döyüş tapşırıqları mənim tərəfimdən təsdiqlənir və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilib".

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.