00:10, 06 Sentyabr 2020 (Bazar) 516

İlham Əliyev İlqar Məmmədovu təbrik edib

İlham Əliyev İlqar Məmmədovu təbrik edib
Ölkə başçısının təbrikini Ədalət Vəliyev çatdırıb.

Dünən Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə növbəti görüş keçirilib.
 

 
Bu barədə partiyanın rəsmi "facebook” səhifəsində yazılıb. 

Toplum.Tv xəbər verir ki, görüş zamanı Ədalət Vəliyev REAL partiyası sədrinə dövlət qeydiyyatı səbəbi ilə prezidentin təbrikini çatdırıb. 
 
Təbrikə görə təşəkkürünü bildirən İlqar Məmmədov siyasi partiyaların qeydiyyatında son aylarda baş verən dəyişikliyin müsbət yenilik olduğunu vurğulayıb.

İlqar Məmmədov həmçinin ReAl Partiyası ilə hakimiyyət arasında davam edən dialoqdan məmnunluğunu ifadə edib.

 "Yaratdığımız hüquqi örnək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası sistemində yerini qorudu. Bunun önəmi Avropa Şurası Baş katibinin dünənki bəyanatında bir daha vurğulandı”,  - ReAl sədri əlavə edib. 

Şəbnəm Adil