13:05, 28 İyul 2020 (Çərşənbə axşamı) 366

İlham Əliyevin sərəncamı ilə İstanbula yeni Baş konsul təyin edilib

İlham Əliyevin sərəncamı ilə  İstanbula yeni Baş konsul təyin edilib
Prezident İlham Əliyev Azərbaycanın Türkiyənin İstanbul şəhərində yeni Baş konsulunu təyin edib.

Dövlət başçısının iyulun 28-də imzaladığı sərəncama görə, bu vəzifəni Nərminə Mustafayeva tutub. Yeni Baş konsul haqqında, onun adı 2018-ci ildə təltif olunan dövlət qulluqçuları sırasında qeyd olunub. Nərminə Mustafayevaya "Tərəqqi” ordeni verilib.

Bununla belə bundan əvvəl Baş konsul Məsim Hacıyevin vəzifəsindən nə zaman azad edilməsi məlum deyil. Məsim Hacıyev 2016-cı ildə İstanbulda Baş konsul təyin edilmişdi.

meydan.tv