12:35, 04 Dekabr 2019 (Çərşənbə) 164

IMF "müştərilər"ini itirir

IMF


/ DÜNYA
Argentinanın yeni seçilmiş prezidenti Alberto Fernandez Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) mövcud kredit proqramı çərçivəsində ölkəyə təklif olunun 11 mlrd. ABŞ dolları məbləğində krediti götürməyəcəyini bildirib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Noyabrın əvvəlində Moldova Prezidenti İqor Dodon Fondun dəstəyindən imtina etmək niyyətində olduğunu bildirib, Belarus hökuməti isə qarşılıqlı əlaqəni yalnız texniki məsləhətləşmələrlə məhdudlaşdırıb.

Bundan əlavə, Ukraynanın maliyyə naziri də 2023-cü ilədək IMF ilə əməkdaşlığı məhdudlaşdırmağı planlaşdırdığını bildirib.