Sosial

"İmtahandan keçdim, karantini bəhanə gətirdilər"

6 Sentyabr, 2020
946
6 aydan çoxdur ki, pandemiya səbəbindən dünyanın yarısı işə gecikmir. Ya işə 5 dəqiqə qalmış yuxudan durub, kompüteri açıb evdən işləyirlər, ya da işlərindən azad olunublar. 

Yəqin ki, hər gün işə gedənlərin səhər tıxacdakı arzusu yerinə yetib. Amma bu hal 1 aydan çox və pandemiyanın qeyri-müəyyənliyində davam edərsə, o zaman vəziyyət dəyişir... 

Eyni hal Azərbaycandan da yan keçməyib. Pandemiya nəticəsində xeyli insanlar işini itirib və ya iş yerləri qeyri-müəyyən vaxta qədər bağlanıb. 

Öz hesabına məzuniyyətə göndərilənlər də var. Bu şəraitdə maaşlarından olan insanlar həm də dövlətin pandemiya dönəmi üçün ayırdığı 190 manat birdəfəlik yardımdan da məhrum olublar. Səbəb isə onların işsiz kimi gec qeydiyyata alınması və ya heç alınmamasıdır.

Belə insanlardan ikisi isə "Azəristiliktəchizat” ASC-nin keçmiş çalışanlarıdır.

"5 aylıq muqavilə ilə işləyirdim. Müqavilə bitdikdə işimin qurtaracağını bilirdim. Amma işlədiyim vəzifə praktika kimi verilmişdi və yenidən imtahan verib həmin idarədə daimi işlə təmin olunmalıydım. Lakin karantini bəhanə gətirib işə götürmədilər”.

Bu sözləri qurum tərəfindən aldadıldığını deyən Asif adlı şikayətçi söyləyir. 

Şikayətçi bildirir ki, imtahandan sonra ona "bizdən xəbər gözlə” desələr də, bir xəbər çıxmayıb.

Asif bəzilərinin dərdinə dərman olmadığını bildirdiyi 190 manatlıq birdəfəlik yardımı da məhz "Azəristiliktəchizat” ASC-nin sayəsində ala bilmədiyini deyib.

"Aprelin 15-də müqaviləmin bitməsinə baxmayaraq əməkdaşlığımı istilik mövsümünün uzanması səbəbindən artırdılar. İşsiz kimi qeydiyyata düşə bilmədiyim üçün 190 manatı da ala bilmədim”.

Bəzən dağa tərəf danışmalısan ki, səsin daha çox yayılsın. Asif də çıxış yolu kimi Birinci Vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu ünvanlayıb. Oradan cavab gələnə kimi qurumdan bildiriblər ki, pandemiyadan sonra işlə təmin olunacaq və həyatına qaldığı yerdən davam edəcək. Bununla razılaşan şikayətçi bu dəfə başqa problemlə üzləşib:

"Mehriban Əliyevaya şikayət etmişəm. Qurumdan da dedilər ki, karantindən sonra işə götürəcəklər. Sadəcə olaraq karantin vaxtı mənə gözlə deyəndə başqalarına iş verirdilər. Niyə başqasına iş verildi, mənə isə verilmədi deyə əsəbləşirəm”.

"Azəristiliktəchizat” ASC-dən narazı qalan başqa bir şikayətçi isə adının açıqlanmasını istəmir. O da eyni səbəbə görə işdən atıldığını bildirib.

"Aprelin 25-i müqavilənin vaxtı bitdi. Onu da təcrübə kimi vermişdilər. Demişdilər, yenidən imtahan verib işə qəbul olsan, işinə davam edəcəksən. "Azəristiliktəchizat”ın sədri Yaşar Həsənova və onun 2 müavininə imtahan vermişəm. Dedilər ki, imtahandan keçmisən, işlə təmin olunacaqsan, amma sonra dedilər "karantin bitsin indi işə qəbul yoxdur”. Birinci karantin dövrü bitəndən sonra da dedilər ki, gözləyin xəbər edəcəyik, sonra yenidən karantin başladı. Bu söhbətin üzərindən 5 ay keçib. Lakin hələ də xəbər yoxdur. Deyiblər, zəng edərik, səs-səmir yoxdur”.

"Azəristiliktəchizat” ASC -dən Toplum Tv-yə bildiriblər ki, şikayətlər araşdırılacaq. Qurumdan başqa fikir bildirmək istəməyiblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədi ilə "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir. Yaşanmış bu cür hallarla bağlı isə yığılan materiallar hüquq-mühafizə orqanlarına təhvil verilir. 

Mira Rəcəbli
Taleh Rəcəbli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo