16:16, 26 Oktyabr 2020 (Bazar ertəsi) 123

Çin Amerika şirkətlərinə sanksiyalar tətbiq edəcək

Çin Amerika şirkətlərinə sanksiyalar tətbiq edəcək
Çin Tayvana silah satdıqlarına görə ABŞ şirkətlərinə sanskiyalar tətbiq edəcək. TASS xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Çjao Litsyan 26 oktyabrda bəyan edib ki, sanksiyalarla üzləşəcək şirkətlər arasında "Lockheed Martin", "Boeing Defense" və "Raytheon" kimi korporasiyalar var. 

"Beynəlxalq maraqlarımızı qorumaq üçün biz müvafiq addımlar atmaq qərarına gəldik. Bu prosesdə vacib rol oynamış şirkətlərə qarşı sanksiyalar tətbiq edəcəyik" - Çjao Litsyan belə deyib. 
O həmçinin qeyd edib ki, "Tayvana Amerika silahlarının ötürülməsi Çinin bir sıra prinsiplərinə zərbə vurur, Çinin suverenliyinə və təhlükəsizlik sahəsindəki maraqlarına xələl gətirir. Buna etirazımızı bildiririk və belə davranışları qınayırıq".

ABŞ Dövlət Departamenti oktyabrın 22-də Tayvana 1,8 milyard dollarlıq silah satılmasına dair qərar qəbul edib.