14:00, 11 Fevral 2020 (Çərşənbə axşamı) 115

Çində koronavirus qurbanlarının sayı 1000 nəfəri keçib

Çində koronavirus qurbanlarının sayı 1000 nəfəri keçib


/ DÜNYA
Çində yeni növ koronavirus pnevmoniyasından ölənlərin sayı sutka ərzində 108 nəfər artaraq 1016 nəfərə çatıb. 

APA xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

3996 nəfər bu virusdan xilas olub. 

Məlumata görə, hazırda Çində 42638 nəfər bu virusun daşıyıcısıdır.