Sosial

“İndi söz ADO-nundur və biz küçəyə çıxacağıq”

1 Dekabr, 2020
810
"Toplum TV”-nin müsahibi ADO teatrının yaradıcısı və rəhbəri Elmin Bədəlovdur.

-  Pandemiya dövründə fəaliyyətinizi davam etdirə bilmədiniz. Darıxırsınızmı tamaşalar üçün?

-  Əlbəttə, biz çox darıxmışdıq.Əslində biz əvvəlki kimi olmasa da pandemiya dönəmində də tamaşalar oynadıq. Bütün dövlət və özəl teatrların heç biri tamaşalarını nümayişlər etdirmədi. Yalnız biz məhdud imkanlarla nümayiş etdirdik. Ümumiyyətlə aktyor, sənət adamı üçün onun  səhnəsini əlindən almaq çox çətin bir şeydir, aktyorlar özlərini tamaşa oynayaraq realizə edirlər. Müşahidə edirdim ki,bu imkanlar məhdudlaşmışdı deyə bizim aktyorlarda bir az gərginlik vardı. Ona görə də biz ara məsafəsi ilə məhdud sayda tamaşaçı qəbul edərək oynadıq.

-  Bir neçə ildir ADO Bakıda küçə tamaşaları oynamaq üçün rəsmi qurumlarla mübarizə aparır və iş məhkəməyə qədər gedib çıxıb. Birinci instansiyada məhkəmə ADO-nun küçə tamaşaları keçirməsinin lehinə qərar çıxarsa da, sonradan apelyasiya məhkəməsi bu qərarı ləğv etdi və Ali Məhkəmə də həmin qərarı qüvvədə saxladı. Siz məhkəmələrin qərarını necə qarşıladınız?

-  Birinci instansiya məhkəməsinin qərarı hesab edirəm ki, hakimiyyətin, yuxarı dairələr tərəfindən verilmiş qərar idi və sonrakı qərar da eyni idi. Yəqin ki, ya "biz özümüzü yaxşı aparmadıq”,ya nəsə xoşlarına gəlmədi, ya da bu sadəcə bir oyun idi. Çox səbəb ola bilər. Mən dəqiq bilmirəm hansı səbəbdən fikir dəyişməsi oldu. Qadağa məsələsinə gəldikdə isə onlar bizə sırf qadağa qoymayıblar. Sadəcə, cavab verməkdən imtina edirlər və bunu bir-birinin – paytaxtın İcra Hakimiyyəti  Mədəniyyət Nazirliyinin, nazirliksə onun üzərinə atır. Əslində, bu, özü də bir mədəni qadağadır və bu söhbəti beləcə yayındırmaq istəyirlər. Biz gözləyirdik ki, bütün bu prosedurlar Ali Məhkəməyə qədər gəlsin və yekunlaşsın, sonra neyləyəcəyimizə qərar verək. Prosedur yekunlaşdı və biz düşündük ki, heç bir cəza verilmirsə, sən demə, heç soruşmağa ehtiyac yox imiş. Onlar cavab vermirlərsə, onda biz belə başa düşürük ki, çıxıb oynaya bilərik.  Eyni zamanda biz hüququmuzun pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Bizim vəkillər artıq sənədləri hazırlayırlar və yaxın günlərdə göndərəcəklər. Biz isə nümayişlərimizi edəcəyik. Nə olacağını zaman göstərəcək, biz baxacağıq.

-  Niyə küçədə tamaşa vermək istəyirsiniz? Qapalı məkanda oynanılan tamaşadan onun fərqi və ya üstünlüyü nədədir?

-  Üstünlük deyəndə bunlar mənə görə tam ayrı-ayrı şeylərdir, yəni küçə incəsənəti ayrıdır, qapalı məkan incəsənəti ayrı. Hərəsinin öz funksiyası, təsir gücü, tamaşaçı kütləsi var. Digər ölkələrdə küçə incəsənəti inkişaf etdiyi halda Azərbaycanda bu qadağan olunub. Ümumiyyətlə, Azərbaycanda teatra, incəsənətə marağı öldürüblər. Biz bunu geri qaytarmaq yolları barədə düşünmüşük və 3 il bundan öncə qərar vermişik ki, artıq tamaşaçı teatra gəlmirsə, teatr tamaşaçıya doğru getsin. Düzdür, bizim müəyyən bir tamaşaçı kütləmiz var, amma bu bizi qane etmir və biz daha geniş kütləyə, daha fərqli insanlara sirayət etmək istəyirik, onlarda yenidən teatra maraq yaratmaq istəyirik. Yeri gəlmişkən, biz digər ölkələrdə küçə teatr festivallarına da qatılmışıq və bu niyə Azərbaycanda da olmasın? Azərbaycanda  bu məqsədlə 2 il mübarizə apardıq, hüquqi prosedura baş vurduq, amma heç bir fayda vermədi. Ona görə də biz düşündük ki, artıq biz özümüz küçəyə çıxmalıyıq. Biz hər şeyi etmişik və indi söz bizimdir, indi söz ADO-nundur və biz küçəyə çıxacağıq.Yaxın zamanlarda bizim  küçə performanslarımız başlayacaq və biz bunu mediaya da açıq şəkildə elan edəcəyik,yəni biz bunu gizli oynamayacağıq. Hansısa küçədə qabaqcadan elan etmədən, məhdud tamaşaçı sayına görə yox, mərkəzi küçələrdə, insanların ən çox toplandığı yerdə və fərqli, ən modern performansla gələcəyik.

-  Küçədə tamaşalar təşkil etmək fikrinə cəmiyyətdən dəstək görmüsünüzmü yoxsa ADO olaraq təkbaşına mübarizə aparırsınız?

-  Bu məsələdə media, insanlar, bizim tamaşaçılarımız, aktiv sosial şəbəkə istifadəçiləri bizə dəstək oldu, internet üzərindən imza toplama kampaniyası keçirildi və rəsmi qurumlara göndər
ildi. Sırf küçə məsələsi ilə bağlı biz gözlədiyimizdən daha artıq dəstək gördük və hətta bunu dövlət qurumları da gördülər. Bəlkə də birinci instansiya məhkəməsi ona görə bizim xeyrimizə qərar vermişdi. Mən bu qədər dəstək gözləməzdim. İmza toplama kampaniyalarında hətta incəsənət nümayəndələri belə iştirak etdilər və Mədəniyyət Nazirliyinə müraciət etdilər. Artıq insanlar da bunu başa düşür ki, Azərbaycanda küçə incəsənəti Azərbaycan incəsənətinə böyük bir təkan olacaq. 

-  Küçədə hansı tamaşaları göstərmək niyyətindəsiniz?

-  Bu maraqlı sualdır, məhkəmə də bunu bizdən soruşmuşdu. Bakı şəhər İcra Hakimiyyəti də  məhkəmədə tələb edirdi ki, teatr konsepsiya versin, görək onlar nə oynayacaqlar. Biz aktyorlarımızla birgə məhkəmə zalına getdik və rekvizitləri, paltarları götürüb tamaşalardan birini, "Gic qaban” tamaşasını məhkəmə zalında oynayaq dedik. Hakimə bildirdik ki, siz konsepsiya ilə tanış olmaq istəyirsinizsə, ümumiyyətlə, performansı görmək istəyirsinizsə, biz gəlmişik, məhkəmə zalında oynaya bilərik və siz buna baxa bilərsiniz. Performans riyazi termin deyil, yazıb göstərəsən. Bunun ən yaxşı izahı tamaşanı oynamaqdır, amma onlar tamaşaya baxmaqdan imtina etdilər. Məhkəmə hakimi bildirdi ki, bura məhkəmə zalıdır, teatr deyil. Sonra biz şifahi şəkildə konsepsiyanı səsləndirdik, ancaq bununla da razılaşmadılar və ən sonda qərar  verildi ki, iddia əsassızdır, olmaz. 

-  Amma küçədə oynayacağınız tamaşanın adını demədiniz.

-  Biz içəridə oynadığımız tamaşaları, yəni ADO-nun repertuarını küçədə oynamaq istəmirik, bu tamaşaların bəzi performansları küçə üçün,bəziləri isə sırf qapalı məkan üçündür. Teatrın özəlliyi onun canlılığıdır. Azərbaycan teatrlarının modernliyi yoxdur. Zaman, əsr, il dəyişir, amma bizim teatrlarımız hələ də SSRİ-dən qalan teatrın qalıqlarıyla çarpışır, əlləşir və bir yerə çıxa bilmir. Biz məhz onu göstərmək istəyirik ki, əziz tamaşaçılar, sizi məcbur teatra aparırlar, siz dövlət teatrlarının tamaşalarında darıxırsınız və elə bilirsiniz ki, teatr belə olmalıdır.Teatr hansısa aktyorun pafoslu çıxışlarından və yaxud köhnə tör-töküntü ənənələrindən ibarət deyil. Sizin marağınıza səbəb olacaq tamaşalar, performanslar var və biz ona çox iddialıyıq. Bunu bizim daimi tamaşaçılarımız bilir və ona görə də məhz 8 ildir fəaliyyət göstəririk. Təbii ki, bizim tamaşaçımız olmasaydı biz indiyə qədər teatrı bağlayıb getmişdik. Biz göstərmək istəyirik ki, gənclər teatrı başqa cürdür, teatr maraqsız deyil və sırf buna görə küçəyə çıxmaq istəyirik. 

P.S. ADO-nun hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı "Toplum TV”-yə deyib ki, "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.13.6-cı bəndinə görə, yerli icra hakimiyyəti mədəni-kütləvi və idman tədbirləri üçün ayrılmış yerlərdən kənarda həmin tədbirlərin keçirilməsinə dair müraciətlərə baxmaq səlahiyyətinə malikdir. 

"ADO teatrı da bunu əsas götürərək Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib, icra hakimiyyəti isə Mədəniyyət Nazirliyindən müsbət rəy alındıqdan sonra bu məsələyə baxılacağını bildirib. Məhkəmə isə belə hesab edib ki, icra hakimiyyətinin belə bir səlahiyyəti yoxdur, yəni icra hakimiyyətindən icazə almalı deyillər. Ona görə məhkəmənin qərarına uyğun olaraq ADO icazəsiz küçə tamaşası göstərə bilər”.

Mircahan Rəcəbli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo