Siyasət

İnzibati və kommersiya məhkəmələrinin təşkil ediləcəyi şəhərlər müəyyənləşib

19 İyul, 2019
381
Prezident İlham Əliyev İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb. 

Bu barədə prezidentin rəsmi saytından məlumat verilib.

Məlumata görə, sərəncamla aşağıdakı inzibati məhkəmələr təşkil edilir:

1.1. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;

1.2. Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;

1.3. Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;

1.4. Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;

1.5. Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;

1.6. Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.

2. Aşağıdakı kommersiya məhkəmələri təşkil edilir:

2.1. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;

2.2. Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;

2.3. Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;

2.4. Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;

2.5. Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;

2.6. Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilir.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir ki, bu Fərmanın 1.2 – 1.6-cı bəndlərində nəzərdə tutulmuş inzibati məhkəmələrin və bu Fərmanın 2.2 – 2.6-cı bəndlərində nəzərdə tutulmuş kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin; inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; bu Fərmanın 4.2-ci bəndində nəzərdə tutulmuş təklifləri hazırlayarkən namizədlərin müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığının olmasına xüsusi diqqət yetirsin.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək; yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etmək; yeni təşkil edilən məhkəmələr fəaliyyətə başlayanadək inzibati-iqtisadi məhkəmələrin fəaliyyətinin maliyyələşdirilməsini təmin etmək; Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; həmin Qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Sərəncamın 1 – 3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo