İqtisadiyyat

İqtisadçı: "BP Azərbaycandakı maraqlarından imtina etməyəcək"

10 Avqust, 2020
1451
"Reuters agentliyinə BP-dən eyni zamanda üç mənbə bildirib ki, şirkət xammal neftin qiymətləri bərpa olunsa belə, öz neft-qaz aktivlərinin böyük bir hissəsini satmağa hazırlaşır, çünki bərpa olunan enerji mənbələrinə investisiya qoymaq istəyir”.

Bu sözləri Azərbaycan Demokratik Rifah Hərəkatının sədri (ADR), iqtisadçı Qubad İbadoğlu öz feysbuk hesabında yazıb. 
İqtisadçı bildirib ki, BP şirkətinin Azərbaycanı tərk etməsi ilə bağlı qərarının verilməsi onun yeni strategiyasının qəbulundan asılıdır. Gözləntilərə görə bu yaxın zamanlarda baş tuta bilər.
 

 
Ekspertin fikrincə, BP-nin bu qərarı rentabellik (gəlirlik) səviyyəsinin aşağı olması ilə bağlıdır: "BP şirkəti Anqola, Oman, Birləşmiş Ərəb Əmirlikləri, İraqla yanaşı, Azərbaycanı da tərk edəcək. BP-nin bu qərarı adıçəkilən ölkələrdə rentabellik (gəlirlik) səviyyəsinin aşağı olması ilə bağlıdır. Şirkət 2019-cu ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə  657 milyon, BTC üzrə təqribən 12 milyon, CQBK və genişləndirilmiş boru kəməri  ilə bağlı fəaliyyətlərə 24 milyon dollardan artıq əsaslı məsrəflər xərcləyib”.

İqtisadçı deyir ki, BP-nin Azərbaycanın tərk etməsi yalnız iqtisadi deyil, həm də siyasi müstəvidə qiymətləndirilməlidir: "Hazırki böhran şəraitində BP-dən gözlənilməz qərar Azərbaycan neft sənayesində sərmayə baxımından ciddi çətinliklər yarada bilər. Bunun "xərc"ləri Azərbaycana baha başa gələ bilər, hətta "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin işlənməsini ləngidə, yalnız dövləti deyil, həm də SOCAR-ı pis vəziyyətə qoya bilər”.

"Heç cürə düşünmək olmazdı ki, BP Azərbaycandakı maraqlarından imtina etsin”

İqtisadçı Pərviz Heydərov isə düşünmür ki, BP Azərbaycanda öz fəaliyyətini dayandıra bilər. 

İqtisadçı Toplum.Tv-yə deyib ki, dünya iqtisadiyyatını bürüyən pandemiya şəraiti ən çox neft-qaz sektoruna zərbə vurub: "Cari il ərzində qlobal miqyasda ən çox zərər görən, itki verən sektor məhz neft-qaz sektorudur. BP şirkəti dünyanın ən böyük transmilli neft-qaz şirkətlərindən biridir. Pandemiya şəraiti təbii ki, BP kimi transmilli neft-qaz şirkətlərinin küllü miqdarda itkilər verməsi ilə nəticələndi. Ən acınacaqlısı da ondan ibarətdir ki, pandemiya şəraiti hələ də davam edir. Biz bugünkü gündə də enerji sektorunun tamamilə böhrandan çıxdığını və yaxud buna hazırlaşdığını birmənalı şəkildə söyləyə bilmərik. Bu səbəbdən də təbii ki, BP kimi bir çox şirkətlər öz neft-qaz aktivlərinin bir hissəsini satmağa hazırlaşır. Hətta onların bəziləri bu addımı atıblar”.

Ekspertin fikrincə, BP neft-qaz aktivlərinin böyük bir hissəsini satmağa hazırlaşması hələlik bir məlumat xarakteri daşıyır: "Əgər bu şirkət həmin addımı atarsa, onun Azərbaycandakı fəaliyyətinin necə təşkil olunacağı barədə bir fikir söyləmək hələlik tezdir. Adıçəkilən şirkət öz neft-qaz aktivlərinin böyük bir hissəsini satarsa belə, mən güman etmirəm ki, o, Azərbaycandan tamamilə çıxıb getsin və yaxud da buradakı payını hansısa şirkətə satsın. Azərbaycanın BP şirkəti ilə müvafiq müqavilələri var. Bu müqavilələr müəyyən müddəti əhatə edir. Ona görə də belə bir hadisənin baş verəcəyinə inanmıram. Eyni zamanda ilk vaxtlardan bəri Azərbaycanın neft-qaz sektorunda iştirak edən əsas operator şirkət BP-dir. Adıçəkilən şirkət ilə uzunmüddətli əməkdaşlığımıza əsasən belə bir fikir söyləmək mümkündür ki, onun Azərbaycandakı maraqları genişdir. Heç cürə düşünmək olmazdı ki, BP Azərbaycandakı maraqlarından imtina etsin. Mən belə bir ehtimalın baş verəcəyini istisna edirəm”.
İqtisadçı deyir ki, BP şirkəti hətta Azərbaycanda öz fəaliyyətini dayandırarsa belə, bundan narahat olmağa əsas yoxdur: "Belə hallarda bir şirkəti digər şirkət əvəz edir. Hesab edirəm ki, bu sahədə narahatçılığa heç bir əsas yoxdur”.

Türkay Mirizadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo