18:10, 06 Dekabr 2019 (Cümə) 139

İran Azərbaycanla kosmik sahədə əməkdaşlıqda maraqlıdır

İran Azərbaycanla kosmik sahədə əməkdaşlıqda maraqlıdır
İran Azərbaycanla kosmik sənaye sahəsində əməkdaşlıqda maraqlıdır.

APA-nın verdiyi məlumata görə, bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini "Bakutel 2019” sərgisi çərçivəsində "Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevlə görüşü zamanı bildirib.

Nazir qeyd edib ki, gələcəkdə iqtisadiyyatın böyük hissəsi kosmik sektorla bağlıdır: "Bu bazarda mövqeyimizin istehlakçı və ya istehsalçı olacağımızı təyin etməliyik".

Bundan əlavə, iranlı nazir bildirib ki, İran Kosmik Agentliyi Azərbaycan Milli Aerokosmik Agentliyi ilə qarşılıqlı əməkdaşlıq üçün zəmin yaratmağa hazırdır.