Dünya

İran generalı Süleymani hava zərbəsi ilə öldürüldü - VİDEO

24 İyun, 2020
473
BAĞDAD – İranın elitar Qüds Korpusunun komandanı General Qasim Süleymani Bağdad Beynəlxalq Aeroportunda endirilən hava zərbələri nəticəsində öldürülüb. Bu barədə İraq televziyası və üç İraq rəsmisinin yaydığı ilkin məlumatı Pentaqon təsdiqləyib.

AmerikanınSəsi xəbər verir ki, Birləşmiş Ştatların həyata keçirdiyi hava zərbəsi habelə İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürüb.

"Zərbə İranı gələcək hücum planlarından çəkindirmək məqsədi daşıyır,” Pentaqon bildirib.

İran İnqilab Qvardiyası da Süleymaninin öldürüldüyünü təsdiqləyib.

Regionda ABŞ maraqları əleyhinə aktiv fəaliyyət göstərən bu şəxslərin öldürülməsi Yaxın Şərq üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər. Belə ki, İranın xarici hərbi əməliyyatlarına rəhbərlik edən və ali dini lideri Ayətulla Xameneiyə xüsusi yaxınlığı ilə tanınan General Süleymaninin ölümü Tehrandan sərt cavab gözləntilərini artırıb.

 

XSQ Bağdad hava limanındakı hücuma görə Amerika Birləşmiş Ştatlarını və İsraili günahlandırıb.

İraq yarı hərbi qrupu bildirib ki, hava limanına endirilən üç raket qrupun beş üzvünü və iki "qonağı” öldürüb.

Raketlər karqo terminalı yaxınlığında yerə dəyərək iki maşını yandırıb.

Yerli militant komandir Əbu Muntazar əl-Hüseyni Reutersə bildirib:

"Hacı Süleymani və və Əbu Mehdi əl-Mühəndis bir maşında aeroportdan şəhərə doğru çıxarkən Amerika helikopterindən atılan iki raket ard-arda onların içərisində olduğu maşını vurdu."

İkinci vurulan maşının içərisində XSQ cangüdənləri olub. Həmin maşın bir raketlə vurulub.

İran və onun regional tərəfdaşları Yaxın Şərqdə Amerika maraqlarına növbəti hücumlar planlaşdıra bilərlər, deyə bir gün öncə ABŞ Müdafiə Naziri Mark Esper xəbərdarlıq etmişdi.

Detallara varmadan müxbirlərlə Pentaqonda danışan Esper deyib ki, Vaşinqton İranından yeni təxribatlar qaynaqlanacağına dair işarələr müşahidə edir. Əgər bu baş verərsə, ABŞ kifayət qədər xəbərdarlıq olduğu təqdirdə önləyici tədbirlər görəcək.

Esper bu bəyanatı Küveytə yüzlərlə ABŞ əsgəri göndərilməsindən iki gün sonra verib.

Yüzlərlə əsgər ABŞ-ın İraqdakı səfirliyinə iranpərəst yarı-hərbi dəstə üzvlərinin hücum etməsindən sonra göndərilib.

Baş Qərargahlar rəisi General Mark Milley ilə yanaşı duraraq danışan Esper bəyan edib ki, səfirliyiə növbəti dəfə hücum etmək istəyənlər "biçiləcək”.
 
 
Böyük bir izdiham çərşənbə axşamı Bağdaddakı səfirliyin divarlarını aşaraq bir neçə yeri yandırıb. Bu gecə isə bəziləri səfirliyin sərhədini keçmədən kompleksin önündə etiraz edib.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı müxbirlərə deyib ki, o, ABŞ təsislərinə vurulan ziyanlara və yaralananlara görə İranı cavabdeh tutur.

"Onlar çox böyük bədəl ödəyəcək. Bu, xəbərdarlıq deyil. Bu, təhdiddir," Tramp Twitterdə yazıb.

Tramp deyib ki, o, Birləşmiş Ştatların İranla müharibə edəcəyini düşünmür.

"Məncə İran bunun baş verməsini istəməz. Bu, çox tez baş verə bilər," Tramp əlavə edib.

İranın ali dini lideri Ayətullah Əli Xamenei çərşənbə axşamı Twitter hesabında ABŞ-ın İraq və Suriyadakı addımlarını qınayıb və Trampın bəyanatına birbaşa cavab olaraq "sən heç nə edə bilməzsən” deyib.
 




Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo