13:35, 14 Yanvar 2020 (Çərşənbə axşamı) 123

İran vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunu Fransaya göndərib

İran vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunu Fransaya göndərib
İran hökuməti Tehran yaxınlığında vurulmuş Ukrayna təyyarəsinin "qara qutu”sunu açılması üçün Fransaya göndərib.

RİA Novosti xəbər verir ki, bu barədə ölkənin məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn Esmaili məlumat verib.

Tehrandan Kiyevə uçan "Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus "Boeing 737-800” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı ölüb.

Sonradan təyyarənin səhvən İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu məlum olub.