12:02, 11 Sentyabr 2020 (Cümə) 86

İranda parlament seçkilərinin ikinci turu başlayıb

İranda parlament seçkilərinin ikinci turu başlayıb
İranda parlament seçkilərinin ikinci turu başlayıb.

APA-nın məlumatına görə, seçki məntəqələrində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 10 saat davam edəcək.

Lazım gələrsə, səsvermə müddəti bir və ya iki saat uzadıla bilər.

Bu gün keçiriləcək seçkilərin nəticələrinə əsasən, 290 deputatdan qalan 11-nin adları müəyyənləşdirilməlidir.