Dünya

İranda qadın deputat ‘despotizm’i tənqid edir

10 Dekabr, 2019
507
İranda açıq fikirliliyi ilə tanınan qadın deputat deyir ki, "despotizm”, "paralel” dövlət qurumları və güc mərkəzləri ölkənin siyasi sisteminin "respublikaçı” elementini məhv edir.

AzadlıqRadiosu xəbər verir ki, dekabrın 9-da parlamentdə çıxış edən Parvaneh Salahshuri dini istəblişmenti xalqın problemlərini həll edə bilməməkdə ittiham edib.
 
Onun sözlərinə görə, "imtiyazlardan istifadə edən azlığı çıxmaqla, xalqın qalan hissəsini tək qoymuşuq”.

"Hakimiyyət xalqın içində olsaydı, iranlıların yoxsulluq və səfalətini hiss edərdi”, – Salahshuri vurğulayıb.

İran mediasının yazdığına görə, Salahshuri-nin sözləri mühafizəkar həmkarlarını qəzəbləndirib, qışqıraraq onun mikrofonunun söndürülməsini tələb ediblər.

Ötən ay İranda yanacağın bahalanması günlərlə etiraz aksiyalarına səbəb olub.

Amnesty International hüquq-müdafiə təşkilatı etirazların yatırdılması zamanı azı 208 nəfərin öldürüldüyünü bildirir, bunun "insan həyatına biabırçı etinasızlıq” nəticəsində baş verdiyini vurğulayır. Ancaq Londonda mənzillənən bu qurum real ölü sayının qat-qat yüksək ola biləcəyini də istisna etmir.

İran rəsmiləri isə etirazlarda ölü sayı ilə bağlı hər hansı rəqəm açıqlamayıblar.

İxtisasca sosioloq olan Salahshuri əvvəllər də siyasi məhbusları azadlığa buraxmağa çağırıb, qadınların hüquqi və mədəni ayrıseçkiliyə məruz qalmasıyla bağlı məsələləri qaldırıb və bu çağırışlarına görə tənqidlə üzləşib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo