13:21, 30 İyun 2020 (Çərşənbə axşamı) 528

İranda sayt rəhbəri edam olunacaq

İranda sayt rəhbəri edam olunacaq
İranda ötən ilin oktyabr ayında həbs olunan "Amadnews” saytının rəhbəri Ruhullah Zəm edama məhkum olunub.

APA-nın məlumatına görə, İranın təhlükəsizlik orqanları R. Zəmə qarşı bir sıra, o cümlədən Neft Nazirliyində işləyərkən korrupsiya ilə məşğul olması barədə ittiham irəli sürüb.

Qeyd edək ki, R. Zəm 2009-cu ilin prezident seçkilərindən sonra tanınmış müxalifətçiyə çevrilib. O, İran ruhanisi Məhəmməd Əli Zəmin oğludur. R. Zəm bir müddət İranda həbsdə olub, daha sonra Malayziyaya, ordan da Fransaya qaçıb.