14:07, 23 May 2020 (Şənbə) 142

İranda son sutkada koronavirusdan ölənlərin sayı artıb

İranda son sutkada koronavirusdan ölənlərin sayı artıb
İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 59 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7359 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusa 1869 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 133521 nəfərə çatıb.