Dünya

İranın yeganə qadın Olimpiya medalisti ölkəni tərk edib

13 Yanvar, 2020
441
İranın Olimpiya oyunlarında medal alan yeganə qadın idmançısı Kimiya Əlizadə İranın idmançılardan siyasi məqsədlərlə istifadə edən sistemində "ədalətsizlik” və "riyakarlığı” qınayaraq, ölkəni həmişəlik tərk etdiyini bildirib.

AmerikanınSəsi xəbər verir ki, "Nədən başlayım bilmirəm-salamlamadan, sağoldan, yoxsa başsağlığından?” – deyə, Kimiya Əlizadə yanvarın 11-də Instagram səhifəsində yazıb.

2016-cı ildə Rio de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında Taekvando üzrə yarışlarda bürünc medala layiq görülən 21 yaşlı idmançı mesajı haradan yazdığını bildirməyib, lakin bundan öncə o, Niderlandda məskunlaşmaq istədiyini bildirib.

Kimiya Əlizadə açıqlamasında bildirib ki, o, "taekvondo, təhlükəsizlik və xoşbəxt və sağlam həyatdan başqa” heç bir şey istəmir.

Bununla yanaşı o bundan sonra "riyakarlıq, yalanlar, ədalətsizlik və yaltaqlıq masasında” oturmaq istəmədiyini deyib.

"Mən İranda milyonlarla məzlum qadından biriyəm. Onlar mənə nə deyiblərsə, onu geymişəm. Mənə nə söyləyiblərsə, onu təkrar etmişəm. Biz yalnız alətlərik. Onları yalnız bizim medallarımız maraqlandırır, çünki bunlardan siyasi məqsədlərlə istifadə etmək olar” – deyə, Kimiya Əlizadə yazıb.

İdmançı əlavə edib ki, bu qərarın verilməsi Olimpiya medalını qazanmaqdan daha çətin olub.

Kimiya Əlizadənin ölkəni tərk etməsi İranın özündə narahatlıqlarla qarşılanıb. Yarı-rəsmi İSNA agentliyi bunu ölkədə Taekvondo idmanı üçün "bir şok” adlandırıb.

İdmançı gələcək planlarını açıqlamasa da, "əziz İran xalqına” hər zaman "İranın övladı” olaraq qalacağını deyib.

Kimiya Əlizadə keçən ilin oktyabr ayında BBC-nin dünyanın "ən ruhlandırıcı və nüfuzlu 100 qadını” siyahısında göstərilib.

Qərb mediası o zaman Kimiya Əlizadənin qələbəsi ilə "İranlı qız və qadınları öz hüquqları uğrunda sədləri aşmağa təşviq etdiyini” yazmışdı.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortagus tvitter səhifəsində Kimiya Əlizadənin atdığı addıma münasibət bildirib.

"İranın yeganə qadın Olimpiya medalisti rejimin qadınlara qarşı basqılarını rədd edib. O, təhlükəsiz, xoşbəxt və azad həyat naminə ölkədən gedib. İran onların imkanlarını genişləndirməyi və dəstəkləməyi öyrənməyənə qədər, daha çox güclü qadını itirməyə davam edəcək”, Morqan Ortaqus yazıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo