10:34, 17 Noyabr 2020 (Çərşənbə axşamı) 94

İşğaldan azad olunan Cəbrayılda əsaslı bərpa işləri görüləcək

İşğaldan azad olunan Cəbrayılda əsaslı bərpa işləri görüləcək
Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev işğaldan azad olunan Cəbrayılda əsaslı bərpa işlərinin görüləcəyini xəbər verib. Bu barədə o, noyabrın 16-da "Tvitter" hesabında prezidentin sözlərinə istinadən xəbər yayıb. 

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad olunmuş Cəbrayılın mərkəzində. Hər şey yerlə-yeksan edilib. Ermənistanın vandalizminin miqyası təsəvvür olunmazdır. Prezident İlham Əliyev vurğuladı ki, əsaslı bərpa işləri görüləcək", - Hikmət Hacıyevin məlumatında bidirilib. 

Noyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva işğaldan yenicə azad olunan Cəbrayıl və Füzuli şəhərlərinə səfər edib, bölgədəki vəziyyətlə tanış olublar.