10:09, 04 Dekabr 2019 (Çərşənbə) 153

İŞİD-in sabiq liderinin müavini yaxalanıb

İŞİD-in sabiq liderinin müavini yaxalanıb


/ DÜNYA
Kərkükdə İŞİD-in öldürülmüş sabiq lideri Əbu Bəkr əl-Bağdadinin əmisi oğlu və müavini, "İbn Haldun" kimi tanınan Hamid Şakir Sabaa əl-Bədri yaxalanıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə İraqın güc strukturlarına istinadən "As-Sumariya" telekanalı bildirib. 
 
 
İbn Xaldun Salah-ed-Din əyalətində "hərbi əmir" hesab edilib və kəşfiyyatla məşğul olub. Qeyd edilir ki, o, Bağdadinin zərərsizləşdirilməsindən sonra ən çox axtarılan ekstremistlərdən biri idi.  

Terrorçu icarəyə götürülən mənzildə gizlənib. O, həmin evdə saxta sənədlə - Şaalyan Obeyd adı altında yaşayıb.