13:25, 26 Oktyabr 2020 (Bazar ertəsi) 125

İspaniyada fövqəladə vəziyyət: gecə çölə çıxmaq qadağan edildi

İspaniyada fövqəladə vəziyyət: gecə çölə çıxmaq qadağan edildi
İspaniya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. "BBC-nin 26 oktyabr tarixli xəbərinə görə, İspaniyada dünən gecədən etibarən 23:00-06:00 radələri arasında küçəyə çıxmaq qadağan edilib. 

Qadağalar siyahısında həmçinin 6 nəfərdən çox adamın bir yerə toplaşmaması tələbi də var. 

Baş nazir Pedro Sançes deyib ki, yerli bələdiyyələr ölkənin müxtəlif bölgələri arasında səyahətləri qadağan edə bilərlər. "Son 50 ilin ən ciddi sınağı ilə üz-üzəyik" - bazar günü xalqa müraciət edən baş nazir belə deyib. 

Ölkədə qadağaların tətbiq edilməcəyi yeganə bölgə Kanar adaları olacaq. 

Keçən həftə İspaniya koronavirusa yoluxanların sayının bir milyonu keçdiyi ilk Avropa ölkəsi kimi anti-rekorda imza atıb.