12:56, 16 Oktyabr 2020 (Cümə) 50

İsrail parlamenti BƏƏ ilə sülh müqaviləsini təsdiqlədi

İsrail parlamenti BƏƏ ilə sülh müqaviləsini təsdiqlədi


/ DÜNYA
Sənəd son ratifikasiya üçün ölkə rəhbərliyinə təqdim ediləcək 

İsrail Knesseti (Parlament) yəhudi dövləti ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin normallaşdırılmasına dair 15 sentyabrda Vaşinqtonda imzalanan müqaviləni təsdiq edib. 

Bu barədə "TASS" xəbər verib. 

Məlumata görə, Knessetin 120 deputatından 80-ı müqavilənin lehinə səs verib. 

İsrailin Baş naziri Binyamin Netanyahu BƏƏ ilə müqavilənin "üç əsas xüsusiyyəti"nin olduğunu qeyd edib: "Birincisi odur ki, İsrail tərəfdən ərazi güzəşti yoxdur. Digər tərəfdən bu, dostluq və sülh müqaviləsidir və bu, İsrail üçün böyük potensiala malik iqtisadi əməkdaşlıqlara imkan verir". 

Baş nazir İsrailin ərəb ölkələri ilə sülh prosesini genişləndirəcəyini bəyan edib.

O, ümid edir ki, fələstinlilər də nə vaxtsa İsraili yəhudi xalqının milli dövləti kimi tanıyacaqlar və səmimi, həqiqi sülh yolunda addım atacaqlar.