Siyasət

İtaliya Qarabağdakı tənzimləmə prosesində iştirak etmək istəyir

19 Noyabr, 2020
381
18 noyabr 2020-ci il tarixində İtaliya Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyası Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı Bəyanatdan irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, sənəddə münaqişənin tarixi və hüquqi çərçivəsi haqqında məlumat verilərək 1991-1994-cü illərdə hərbi əməliyyatlar nəticəsində 30 min insanın həlak olduğu, yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyü, 1993-cü ildən etibarən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi ətraf rayonunun Ermənistanın nəzarəti altına düşdüyü, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə öz mövqeyini bəyan etdiyi vurğulanır.

"27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında toqquşmaların başladığı, üç humanitar atəşkəsə baxmayaraq, ən azı 5 000 insanın həlak olduğu, infrastrukturlara, yaşayış məntəqələrinə və tarixi dəyəri olan abidələrə böyük ziyan dəydiyi bildirilir.

Qətnamədə 9 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən dərhal atəşkəsin əldə edilməsi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və yeni təmas xəttində Rusiya qüvvələrinin yerləşdirilməsinə çağıran Bəyanatın imzalandığı vurğulanır və bu xüsusda, İtaliya hökumətindən tərəfləri atəşkəsə və 9 noyabr bəyanatından irəli gələn digər öhdəliklərə əməl etməyə çağırması istənilir.

Qətnamədə, İtaliya hökuməti bütün maraqlı tərəflərə onların nəzarəti altında olan ərazilərə məcburi köçkünlərin geri qayıtması, insan hüquqlarının qorunması, hər bir icmanın kimliyinə, mədəni və dini plüralizmə hörmət edilməsi, tarixi-mədəni irsin bütövlüyü və mühafizəsinin təmin olunması üçün çağırış etməyə dəvət olunur.

Sənəddə, habelə İtaliya hökumətindən ATƏT-in Dağlıq Qarabağ böhranı ilə bağlı fəal rol oynamaqda çətinliklərini nəzərə alaraq, bu qurumun siyasət və mexanizmlərinin səmərəliliyinin yoxlanılmasının zəruriliyi məsələsini ATƏT-in baş qərargahında qaldırmaq, bölgənin sabitləşməsinə və yenidən qurulmasına töhfə vermək üçün Avropa və beynəlxalq institutlar ilə birgə razılaşma əsasında İtaliyanın maksimum öhdəliyini təmin etmək istənilir.

İtaliya və Avropanın enerji təhlükəsizliyi məsələsinə də diqqət çəkən Deputatlar Palatası hökuməti İtaliya və Avropaya bağlanan neft və qaz boru kəmərlərinin enerji nəqlinin müntəzəmliyini təmini məqsədilə region ölkələrinə müraciət etməyə çağırır”, - deyə qeyd olunub.



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo