19:45, 28 Dekabr 2019 (Şənbə) 871

İtmiş şəhərin nağılı - FOTOLAR

İtmiş şəhərin nağılı - FOTOLAR
Azərbaycan Ərəbşünaslar Şəbəkəsi dekabrın 26-da "Salam Cinema”da fotoqraf Orxan Əzimin təqdimatında keçirilən "Hələb-İtmiş şəhərin nağılı" adlı tədbir təşkil edib. 

Tədbir zamanı fotoqraf gələnlərə Suriya-Hələb səfəri çərçivəsində müşahidə və təəssüratlarını danışıb, çəkdiyi fotolarları nümayiş etdirib. 

Eyni zamanda, fotoqraf Hələbin bir başqa taleyini yaşamış ölü şəhər adı alan Çernobıl haqqında olan təəssüratlarını da insanlarla bölüşüb. 

Fotoqraf tədbirin məqsədinin konflikt və sülhün təcəssümündə bu iki şəhərin taleyini, tarixini və sadə insanların yaşamını insanlara nümayiş etdirmək olduğunu bildirib. 

Görüşün sonunda "Əlcəzirə" kanalının çəkdiyi 26 dəqiqəlik "Suriyalı ağ dəbilqəqlilər" adlı suriyalı xilasedicilərdən bəhs edən qısa video Azərbaycan dilində altyazı ilə nümayiş etdirilib. 

Hələb və Çernobil şəkillərdə...

Bu abidə İmam Hüseynin başını nizədə Hələbdən Dəməşqə apararkən başından tökülən qan yerində ucaldılan məqbərədir. Müharibədə zərər görsə də, sonradan bərpa olunub.
 


Bu isə Nəsimin məzarıdır. İnternetdə yayılan şəkillərdə məzarın  üzərində yaşıl parça var və otaq təmiz və dağıntısızdır. Müharibənin gətirdiyi fəlakət az qala hər yerdədir. Şəhərə atılan bombaların gücündən qəbirin üstündəki daşlar yerindən oynayıb.
 


 

İçində 39 bazarın fəaliyyət göstərdiyi, uzunluğu 13 km olan dünyanın ən böyük qapalı bazarı. Parça, zinət əşyaları, ədviyyət və s. satılan bu bazar bir vaxtlar sahib olduğu əzəmətindən yalnız bunları saxlaya bilib.
 

 
Məşhur Hələb qalası. Deyilənə görə, bu abidə yeganə qaladır ki, heç bir işğalçı tərəfindən istila olunmayıb. Səbəbi isə qalanın coğrafi cəhətdən hündürdə, yəni, dağın ətəyində yerləşməsi və yalnız bir qapısının olmasıdır. İşğalçılar qalanı tutmaq üçün güclərini qapını qırmağa yönldərkən, müdafiəçilər  yuxarıdan onların başına qaynar maye, daş tökürlərmiş. Beləcə, əsrlərlə bütün düşmənlərinə sinə gələn bu qala indi müharibə, baxımsızlıq qarşısında aciz qalıb...
 


 

Şəhərin ümumi görüntüsü
 

 
Nəsimi məqbərəsinin yerləşdiyi küçə.
 

 
Hələbdə qədim ev. Keçmişdə burdakı bütün evlərin arxitekturası bu şəkildə qurulurmuş. Birinci mərtəbədə istirahət etmək üçün eyvan, onun qarşısında hovuz, kölgəlik üçün meyvə ağacları. Birinci mərtəbədə olan otaqlardan hamam, mətbəx kimi, ikinci mərtəbədə yerləşən otaqlardan isə yataq, qonaq otağı və s. üçün istifadə olunurmuş...
 
 

Fotoqraf bir azda Çernobilə olan səfərindən danışır: 

Eyni taleyi yaşayan bu şəhərlər arasında tək fərq var: Hələbin xarabalığa çevrilməsi üçün illər lazım olarkən, Çernobil bir gecənin qurbanı idi... Atom elektrik stansiyasının partlamasından sonra bu şəhərdə yaşayış yoxdur. Ölü muzeyə çevrilmiş bu şəhəri indi yalnız turistlər yad edir. Radiasiyanın təsirindən demək olar ki, hər şey bozdur.
 


 
Su soyutma sistemi
 
 

1986-cı il. Mayda öz açılışını gözləyən əyləncə mərkəzi. 1986-ci il 24 apreldə Çernobildə 4 saylı nüvə reaktorunda baş verən qəza nəticəsində bu park heç heç vaxt açılmayacaq.
 
 

Körpələr evi
 
 

Təcridxana, məhkumların dindirilmə otağı. Pəncərəsiz, sahəsi vur-tut 2 metr olan bu yer artıq məhkumsuzdur.
 
 

 Roza Məmmədova