15:55, 07 İyul 2020 (Çərşənbə axşamı) 545

İTV-nin əməkdaşı koronavirusa yoluxub

İTV-nin əməkdaşı koronavirusa yoluxub
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) bölgə müxbiri koronavirusa yoluxub.

"Report”un xəbərinə görə, televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi testin nəticəsi pozitiv çıxıb.

O, ev şəraitində müşahidəyə götürülüb və müalicəsinə başlanılıb. Lakin bu gün səhhəti ağırlaşdığı üçün o, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl İTV-nin iki əməkdaşı da koronavirusa yoluxub.