17:39, 09 İyul 2020 (Cümə axşamı) 392

İTV-nin əməkdaşları koronavirusa yoluxub

İTV-nin əməkdaşları koronavirusa yoluxub
Bu günədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları arasında yoluxma şübhəsi olan 7 nəfərin test nəticəsi pozitiv çıxıb.

Bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqızı APA-ya açıqlamasında  bildirib. Onun sözlərinə görə, iyun ayında COVID-19 diaqnozu qoyulan və xəstəxanada müalicə alan iki əməkdaş sağalaraq  evə buraxılıb: "Hazırda digər əməkdaşlardan dördü ev şəraitində, bir nəfər isə xəstəxanada müalicə almaqdadır. Onu da qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində pandemiya elan edilən gündən gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirilməkdədir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, əməkdaşlar xüsusi dezinfeksiyaedici mayelər və qoruyucu maskalarla təmin edilir” - deyə, A.Asimqızı qeyd edib.