15:57, 24 Sentyabr 2020 (Cümə axşamı) 93

Jurnalist Anar Abdulla saxlanılıb - YENİLƏNİB

Jurnalist Anar Abdulla saxlanılıb - YENİLƏNİB
Jurnalist Anar Abdulla 50 manat cərimə olunaraq sərbəst buraxılıb. 
 
Bu barədə Toplum.Tv-yə Anar Abdulla özü məlumat verib.

***
 
Anar Abdulla 18-ci polis bölməsinə aparılıb.

Jurnalist iki saatdan çoxdur ki, bölmədədir

Bu barədə "Toplum tv”-yə onun jurnalistin həmkarı Ülviyyə Əli məlumat verib. 

Ülviyyə Əlinin sözlərinə görə, jurnalistlər Təhsil Nazirliyinin önündə çəkiliş edərkən Tural Ruharar (Tural Qarayev) onları təxribata çəkib. 

Ülviyyə Əli bildirib ki, Tural Ruharar onları Putinə işləməkdə ittiham edib: "Anara əl-qol atmağa başladı. Polis ikisini də maşına otuzdurub apardı”.

O, Anar Abdullanın iki saatdan çoxdur bölmədə olduğunu və hələ də buraxılmadığını bildirib. 

Daxili İşlər Nazirliyindən məlumat öyrənmək mümkün olmayıb. 
 
Ehsan Zahidov: "Araşdırmanın nəticəsinə uyğun qərar qəbul olunacaq”

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Toplum tv-yə deyib ki, tərəflər arasında mübahisə Anar Abdullanın maska taxmamasına görə yaranıb.

Tural Ruhararın şikayətçi olduğunu vurğulayan Ehsan Zahidov bildirib ki, məsələ araşdırılır və araşdırmanın nəticəsinə uyğun olaraq qərar qəbul olunacaq.

Şəbnəm Adil