Siyasət

Jurnalist Baş prokurora və nazirə müaricət edib

21 İyul, 2020
343
"Yaşadığım mənzilə girən oğru həbs edildi və 2 gün sonra sərbəst buraxıldı". 

Bunu Yenisabah.az-a Bizimxeber.az saytının baş redaktoru  Ədil Hüseynli bildirib. 

"Anamın xəstəliyi ilə bağlı bir neçə gün rayonda qaldıq. İyulun 14-də Bakıya qayıtdıqda bəlli oldu ki, evə oğru girib. Dərhal DİN-in 102 xidmətinə zəng etdim və Xəzər Rayon Polis İdarəsinin bir qrup əməkdaşı gəldi. Əl izləri götürdülər, izahat aldılar.

Məlum oldu ki, evdən iki televizor aparılıb. Bir gün sonra, 15.07.2020 -ci ildə əməliyyatçı mənə telefon açaraq bildirdi ki, ogurluq hadisəsini törədən şəxs saxlanılıb. İki gün sonra isə eşitdim ki, ogru sərbəst buraxılıb. Müstəntiq oğrunun buraxıldığını təsdiqlədi. İndi oğru evində rahat oturub, mənə dəymiş ziyan ödənməyib, cinayətkarlar cəzalandırılmayıb. Bu qədər sadə və bəsit bir iş. Ziyan mənə dəyib, evimdə iki azyaşlı uşaq psixoloji travma alıb, oğru isə sərbəst və azaddır". 

Baş redaktor mətbuat vasitəsi ilə çox hörmətli Baş prokuror Kamran Əliyevə və Daxili işlər naziri Vilayət Eyvazov cənablarına açıq müraciət ünvanlayıb. 

"Hörmətli Baş prokuror Kamran Əliyev və Daxili İşlər naziri Vilayət Eyvazov cənabları

Baş vermiş çinayət hadisəsinin düzgün araşdırılmasını, mənə dəymiş ziyanın ödənilməsini, cinayətkar və cinayətkarların cəzalandırılması üçün işin öz nəzarətinizə götürməynizi Sizdən xahiş edirəm. Uzun illər mətbuat sahəsində çalışan, rəhbəri olduğunuz qurumların fəaliyyətini daim işıqlandıran baş redaktor olaraq əminəım ki, müraciətim diqqətdə saxlanılacaq", - müraciətdə bildirilir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo