11:52, 13 Yanvar 2020 (Bazar ertəsi) 131

KİV: Meqan Markl kral ailəsini sirləri açacağı ilə hədələyir

KİV: Meqan Markl kral ailəsini sirləri açacağı ilə hədələyir


/ DÜNYA
Şahzadə Harri və həyat yoldaşı Meqan Markl öhdəliklərdən imtina etmələrinə icazə verilməyəcəyi təqdirdə kral ailəsi üzvlərini televiziyada böyük müsahibə verəcəkləri ilə təhdid edirlər.

Bu barədə "The Sun" məlumat yayıb.

Nəşrin mənbəyinin bildirdiyinə görə, Sasseks hersoqları artıq ABC, NBC və CBS kimi ABŞ-ın böyük televiziya kanalları ilə, həmçinin məşhur teleaparıcı Opra Vinfri ilə əlaqə qurublar.

Qeyd olunur ki, Britaniya monarxiyası "çirkli paltarları”nın ictimailəşdirilməsini istəmir.

Mənbə qeyd edib ki, Meqan və Harri öz "hekayələrini”, o cümlədən hersoqinyanın bir çox mövzuda susmağa məcbur edilməsi barədə danışmaq niyyətindədirlər.