14:28, 13 İyul 2020 (Bazar ertəsi) 352

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daimi şurası toplanır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daimi şurası toplanır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasin təşəbbüsü ilə indilərdə təşkilatın daimi şurasının təcili iclası çağırılıb.  

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, iclasda Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş vermiş gərginlik müzakirə olunacaq.