15:32, 18 Oktyabr 2020 (Bazar) 85

Kolorado ştatındakı nəhəng yanğın davam edir

Kolorado ştatındakı nəhəng yanğın davam edir


/ DÜNYA
ABŞ-ın Kolorado ştatının tarixinindəki ən böyük yanğın davam edir. Yanğının artıq 800 kv. kilometrdən çox sahəyə yayıldığı deyilir. 

Bu barədə məlumatı "RT Russian" teleqram-kanalı yayıb. 

"The Denver Post" qəzetinə istinadən verilən bu xəbərə görə, güclü küləklər odun sürətlə yayılmasına səbəb olur.

Jamestown şəhərinin əhalisi də daxil olmaqla, artıq bir neçə min insan ərazidən təxliyə edilib.  Bəzi magistral yollar qapadılıb.

Ölənlər barədə hələ məlumat verilməyib.