10:35, 22 Yanvar 2020 (Çərşənbə) 195

Koronavirus Çində 6 nəfərin ölümünə səbəb olub

Koronavirus Çində 6 nəfərin ölümünə səbəb olub


/ DÜNYA
Çinin səhiyyə üzrə ekspertləri hazırda 6 nəfərin ölümü ilə nəticələnən yeni koronavirusun yoluxucu olduğunu təsdiqləyərək, virusun insanlar arasında tez bir zamanda yayılmasından narahatdır.

AmerikanınSəsinin verdiyi məlumata görə, Çin hökuməti Çinin mərkəzi Uhan şəhərində meydana gələn koronavirusun "nəzarət altına alınacağına" inanır.

Ticarət Nazirliyinin bir rəsmisi də narahatlıqları azaltmaq üçün xəstəliyin bazara təsirnin olmayacağını deyib.

"Ticarət Nazirliyi bazarın xəstəlikdən qorunmasını təmin edəcək və sadə insanların bahar şənliklərini istədikləri və ehtiyac duyduqları bütün mallarla rahat keçirə biləcəklərini təmin edə biləcək" deyə, Çinin Ticarət Nazirliyi Kommersiya şöbəsinin müdiri Ço Şincia bildirib.

Virusun artıq yayıldığı Uhanın səhiyyə rəsmiləri 15-i tibb işçisi olmaqla, 300-dən çox insanın xəstəliyə yoluxduğunu təsdiq edib və onların əksəriyyətinin xəstəliyi yüngül formada keçirdiyini bildirib. Uhanda ən son 89 yaşlı bir kişi virusdan ölüb.

Cənubi Koreyanın səhiyyə rəsmiləri bazar ertəsi Uhandan Cənubi Koreyanın İnçeon şəhərinə uçan 35 yaşındakı bir qadında virusun aşkar edildiyini təsdiq edib. Tayland və Yaponiya da virusa yoluxma hallarının olduğunu təsdiqləyib.

ABŞ-ın hava limanlarında yeni tənəffüs yolları virusunun simptomları olduğu ehtimal edilən səyahətçiləri aşkar etmək üçün yoxlamalar aparılır.