19:12, 30 İyun 2020 (Çərşənbə axşamı) 299

Koronavirus xəstələrinin evdən çıxması qadağandır

Koronavirus xəstələrinin evdən çıxması qadağandır
"Ev şəraitində müalicə ancaq yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur”.

Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar”, - Nazirlik rəsmisi bildirib.