13:09, 15 Noyabr 2020 (Bazar) 77

Koronavirusa yoluxma sayı 54 milyonu keçdi

Koronavirusa yoluxma sayı 54 milyonu keçdi


/ DÜNYA
Dünya üzrə koronavirusa (COVID-19) yoxulma sayı 54 milyonu keçib.

"COVID-19” virusuna yoluxmalara dair son məlumatların toplandığı "Worldometers" saytının xəbərinə görə, ilk dəfə Çinin Hubey əyalətinin Vuhan şəhərində ortaya çıxmış virus ümumilikdə 54 milyon 329 min 104 nəfərdə aşkar edilib.

Ən çox yoluxma sayı ABŞ-dadır (11 milyon 226 min 218). İkinci yerdə Hindistan (8 milyon 814 min 902), üçüncü yerdə (5 milyon 848 min 959) isə Braziliyadır. 
Sonrakı yerlərdə aşağıdakı ölkələrdir:
1 milyon 954 min 599 nəfər - Fransa;
1 milyon 903 min 253 nəfər - Rusiya; 
1 milyon 492 min 608 nəfər - İspaniya;
1 milyon 344 min 356 nəfər - İngiltərə;
1 milyon 304 min 846 nəfər - Argentina;
1 milyon 191 min 4 nəfər - Kolumbiya;
1 milyon 144 min 552 nəfər - İtaliya.

"COVID-19” virusundan dünya miqyasında 1 milyon 318 min 286 nəfər həyatını itirib, sağalanların sayı isə 37 milyon 871 min 375 nəfərdir.