15:32, 27 İyun 2020 (Şənbə) 1038

Koronavirusa yoluxmuş xəstələrə evdə necə nəzarət edilir?

Koronavirusa yoluxmuş xəstələrə evdə necə nəzarət edilir?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa yoluxmuş şəxslərin evdə müşahidəsinə dair sənədi açıqlayıb.

Sənədə görə, analiz götürülən müddətdən etibarən "Evdə müşahidə edilməyə dair iltizam” sənədi imzalanmalıdı.

Tibb işçisinin müraciəti zamanı dürüst məlumatları verməklə, həkim məsləhətlərinə ciddi riayət edilməlidir.

Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir.  

"Qeyd” hissəsində yazılan müddəalarla sənədin qüvvədə olma müddəti tənzimlənir.

"Evdə müşahidə edilməyə dair iltizam”a görə, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. 

Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. 

Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. 

Məlumatda  iltzama görə, karantin rejimini pozan şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqları bildirilir. 

Vüsalə Mikayıl