13:41, 10 İyul 2020 (Cümə) 377

"Koronavirusun təsir gücü dəyişməyib"

"Koronavirusun təsir gücü dəyişməyib və əvvəlki kimi təhlükəlidir".

"Report”un məlumatına görə, bu barədə Dünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.

"Bəziləri virusun zəiflədiyini iddia edir, amma səhv fikirdir. Virus dəyişməyib, təsir gücü də, yaratdığı təhlükə də əvvəlki kimidir”, – o deyib.

Onun sözlərinə görə, virusun genetik cəhətdən müxtəlif olması elə bir əhəmiyyət daşımır, çünki virusun davranışını müəyyənləşdirən əsas genlərdə dəyişiklik yoxdur.