12:00, 08 Dekabr 2019 (Bazar) 147

Kral Floridada ölən hərbçilərin ailələrinə yardım edəcək

Kral Floridada ölən hərbçilərin ailələrinə yardım edəcək


/ DÜNYA
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud Floridada krallıq vətəndaşı tərəfindən qətlə yetirilən hərbçilərin ailələrinə kömək edəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, qeyd edib ki, Səudiyyə kralı başsağlığı üçün ona zəng edib.

"Çox kədərlidirlər. Kral onların (ölənlərin-red) ailələrinin və yaxınlarının qayğısında iştirak edəcək”.

Dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında təlim keçən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) hərbçisi 3 nəfəri öldürdükdən sonra intihar edib. Onun açdığı atəş nəticəsində 8 nəfər yaralanıb.