15:50, 13 Noyabr 2020 (Cümə) 164

Kreml helikopterin vurulmasıyla bağlı Azərbaycanın üzrxahlığını niyə qəbul edib?

Kreml helikopterin vurulmasıyla bağlı Azərbaycanın üzrxahlığını niyə qəbul edib?


/ DÜNYA
"Azərbaycanın dərhal reaksiya verməsi helikopterin vurulmasıyla bağlı üzrxahlığı qəbul etməyimizə imkan verdi”. 

Bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, həqiqətən fəlakətdir, faciədir, iki hərbçimiz həlak olub, bu, əlbəttə, bütün hərbi komandirlərimiz və silahlı qüvvələrdə xidmət edən insanlarımız və bütün vətəndaşlarımız üçün ağrılı hadisədir. Amma azərbaycanlıların ani reaksiyası, Azərbaycan Prezidentinin ani reaksiyası və Azərbaycanın vəziyyəti qərəzsiz araşdırmağa və günahkarları cəzalandırmağa hazır olduğunu bəyan etməsi bizə bu üzrxahlığı qəbul etməyə imkan verdi", - deyə Kreml rəsmisi vurğulayıb.

Noyabrın 9-da Ermənistanın Azərbaycan (Naxçıvan) sərhədi yaxınlığındakı ərazisində Rusiyaya məxsus "Mi-24” helikopteri vurulmuş, nəticədə iki pilot həlak olmuş, biri yaralanmışdı.